"Kimə yaxşılıq eləmişəm, qarşılığında pislik görmüşəm, dövlət də qədrimi bilməyib"

"Kimə yaxşılıq eləmişəm, qarşılığında pislik görmüşəm, dövlət də qədrimi bilməyib"

Bu gün Müsir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin doğum günüdür. Amma partiya sədri doğum gününü xüsusi qeyd etmir.


MMP sədri doğum günü təəssüratını Mia.az-la bölüşüb. O bildirib ki, taleyindən küskün adamlardan biridir və ömrünün çox hissəsi acı günlərlə doludur:


"Həyatımı Azərbaycanın müstəqilliyinə, qüdrətli olmasına sərf edən bir insan olmuşam. Biz bu Vətən üçün vuruşmuşuq. İki əmim oğlu şəhid olub, Milli Qəhrəman adı alıb. Nə etmişəmsə, qarşılığı ağır olub. Nazir olmuşam, Azərbaycanı dünyada tanıtmışam, siyasətdə, elmdə olmuşam yalnız milli maraqlarımıza uyğun fəaliyyət göstərmişəm. 4 dəfə prezidentliyə namizəd olmuşam, çox haqsızlıqlarla üzləşmişəm. Xidmət etdiyim dövlət qədrimi bilməyib küskünlük əmələ gəlib. Kimə yaxşılıq eləmişəm, qarşılığında pislik görmüşəm. Amma dövlətçiliyə sədaqətim, millətimə sevgi başqa cür davranmağa imkan verməyib.

Nə yaxşı ki, həyatımda xəyanətkarlıq olmayıb. Hər zaman sadiq olmuşam. Amma bəzən keçmişə baxanda öz-özümə deyirəm ki, bunə dəyərdimi? Bax, o anda peşmançılıq keçirirəm.

Zamanında müstəqilliyin əleyhinə gedənlər bu gün ölkəni talan edirlər. Belə baxanda sevinirəm ki, Artur Rasizadə, Arif Rəhizadələr kimi olmamışam. Fəxr edirəm ki, hər zaman millətimin, dövlətimin yanında olmuşam, müstəqilliyimiz üçün vuruşmuşam. Bu mənada həm peşmanam, həm də yarıxoşbəxtəm".


Doğum gününü qeyd etməyə gəlincə, H.Hacıyev bunları deyib:


"Mənim bir milyondan çix məcburi köçkününm var, torpaqlarımım 20 faizi işğal altındadır, mən necə adgünü keçirə bilərəm? Qardaşım İlham Əliyev adgününü köçkünlərə keçirdi, mən də bu gün bir neçə şəhid ailəsi ilə görüşüb söhbət edəcəm vəssəlam. İmkanın olsa, Hövsan tərəfdə məskunlaşan köçkünlərlə də görüşəcəm. Qocaların evindəki insanlarımıza da baş çəkməyi planlaşdırram. Əgər icazə versəydilər, əsgərlərimizlə də görüşərdim. Məmin üçüm ən böyük adgünü elə bu insanlarla bir yerdə olmaqdır".

Siyasət xəbərləri
Moderator.az digər xəbərlər