KİV: "Barselona" baş məşqçi və futbolçu ilə yollarını ayıracaq


KİV: "Barselona" baş məşqçi və futbolçu ilə yollarını ayıracaq

İspaniyanın "Barselona" klubu mövsümün sonundabaş məşqçisiErnesto Valverdeilə yollarını ayıracaq.

"Report" "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi komandanın Çempionlar Liqasında mübarizəni dayandırmasından narazıdır.

Yeni müqavilənin imzalanmasına baxmayaraq, Direktorlar Şurası55 yaşlı mütəxəssisinklubdakı taleyinimüzakirə edəcək və böyük ehtimalla, o, komandadan ayrılacaq. Rəhbərlik həmçinin ümidləri doğrultmayanFilippe Koutinyoilə də əməkdaşlığa son verəcək.

Qeyd edək ki, "Barselona" Ernesto Valverdenin rəhbərliyi altında ardıcıl iki mövsüm La Liqanın qalibi olub. Komanda Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Liverpul"a 4:0 (ilk oyun 3:0) hesabı ilə uduzaraq finala çıxa bilməyib.

Cebhe.info


Oxunma sayı: 177