KİV: Konte "Milan"a rəhbərlik edə bilər

KİV: Konte "Milan"a rəhbərlik edə bilər

Antonio Konte İtaliyanın “Milan” komandasına rəhbərlik edə bilər.

“Report” “Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Milan təmsilçisinin rəhbərliyi İtaliya Kubokunun yarımfinalında “Latsio”ya 0:1 hesabı ilə məğlubiyyətdən sonra baş məşqçi Cennaro Qattuzo ilə vidalaşmaq istəyir.

Onu əvəzləməyə ən real namizəd kimi 50 yaşlı italiyalı mütəxəssis göstərilir.

“Milan” A seriyasında 33 turdan sonra 56 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Konte ötən ilin iyulunda İngiltərə “Çelsi”sindən ayrılandan bəri işsizdir.

İdman xəbərləri
Report.az digər xəbərlər