"K.Martirosyan Azərbaycan Prezident Administrasiyasını, N.Danilyan isə NK-nı hədəf almışdı...”

"K.Martirosyan Azərbaycan Prezident Administrasiyasını, N.Danilyan isə NK-nı hədəf almışdı...”

“Ermənilər 2007-ci ildən sonra ölkəmizə 45 növ zəhərli dərman preparatı gətiriblər...”

“20 may 2007-ci il tarixindən etibarən Azərbaycan düşmənlərin "zəhərli dairəsinə" daxil edilib...”

Xəbər verdiyimiz kimi,

Moderator.az-ın rus versiyası tanınmış tədqiqatçı professor Rövşən Novruzoğlunun rus dilində çapa hazırlanan “Zəhərli dairə. Yaxud erməni qeyri-hökumət təşkilatları Azərbaycan xalqının genefondunu necə zəhərləyir?” kitabının ən maraqlı məqamlarını təqdim etməyə başlayıb. Əsərdə Orta əsrlərdən bəri, o cümlədən sovet dövründən ta bu günlərədək ermənilərin ayrı-ayrı adamları, qrup və ya müxtəlif adlar altında gizlənmiş terror təşkilatlarının Rusiya, Avropa, Amerika və s. kəşfiyyatlarınn himayəsi altında Azərbaycan xalqının genefondunun birbaşa və ya tədricən zəhərlənməsi, ayrıca dövlət xadimlərinin, sərkərdələrin, say-seçmə ziyalıların sıradan çıxarılması üçün gördükləri təxrubatçı işlərdən bəhs edilir.

Əsərdə nəinki 1980-1990-cı illərdə, eləcə də 2000-ci illərin sonlarında erməni kəşfiyyatçılarının Bakıda və bir sıra bölgələrdə Azərbaycanın idarə, müəssisə və QHT-lərinə nüfuz etdiyi, hətta onlarla erməni qızının azərbaycanlı gənclərlə ailə qurmasına şərait yaratdığı göstərilir.


Müəllif – professor, keçmiş “KQB” polkovniki R.Novruzoğlu iddia edir ki, əsərdəki fakt və olaylar mötəbər mənbə, arxiv və kəşfiyyat materiallarına istinadla toplanıb.


Beləliklə, bəhs edilən kitabın kütləvi oxucu üçün ən maraqlı, tarixi və siyasi əhəmiyyətli parçalarının tərcüməsini nəzərinizə çatdırırıq:


(Əvvəli bu linkdə:

http://www.moderator.az/news/267452.html)


“Bu dərman vasitəsilə dövlət və hökumət strukturlarının hər hansı bir şöbəsinin heyətini normal məcradan çıxararaq münaqişə və qarşıdurma halına gətirmək olar...”


“...Əldə etdiyimiz məlumatlara görə, Ermənistanın Milli Təhlükəsizlik Xidməti "CIA"-nın(ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi) dəstəyi ilə MDB ölkələri arasında energetika və digər təbii ehtiyatlarına, eləcə də insan potensialına görə ən güclü dövlətlərindən biri olan və inanılmaz templərlə inkişaf edən Azərbaycana qarşı "Zəhərli dairə ilə əhatə olunmuş" adlı bir plan tərtib edib. Bu plan "ASALA" və "Haydat" kimi terrorçu mərkəzlərdə hazırlanıb. Onun icrasını isə öncə bəhs etdiyimiz "Arkadi Karapetyan Hərəkatı"nın üzvləri həyata keçirirdilər. Çünki onlar artıq Azərbaycan və azərbaycanlıları yaxşı tanıyırdılar...


20 may 2007-ci il tarixindən etibarən Azərbaycan düşmənlərin "zəhərli dairəsinə" daxil edilib. Həmin vaxta qədər A.Karapetyan hərəkatının hər bir üzvü öz QHT-lərinə malik idi. Gizlənməyin heç bir mənası yox idi. Məsələn, hərəkat üzvü Norik Danelyan və onun qrupu Azərbaycan Respublikası Nazirlər Kabinetinin öyrənilməsi ilə məşğul olurdu. Kamo Martirosyan isə Azərbaycan Respublikasının Prezident Administrasiyasını hədəf kimi seçmişdi…


Dövlət və hökumət strukturlarının strateji şöbələri və onların rəhbərləri ermənilərin "zəhərli dairəsinə" daxil edilmişdi. "CIA" generalı U.Uinston yazır ki, ermənilər və onların tərəfdaşları 2007-ci ildən sonra Azərbaycana 45 növ zəhərli dərman preparatı gətirmişlər. Onlardan 38-i insan orqanına tədricən təsir edir və onu yavaş-yavaş öldürür. Bu preparatların ən dəhşətli xüsusiyyəti odur ki, bədənə daxil olduqdan uzun müddət sonra özlərini biruzə vermirlər. Onlar qana çox yavaş-yavaş sorulur, vacib həyati orqanları sıradan çıxarır və irsi genetik xəstəliklər yaradırlar. Məsələn, “Lefos” zəhərli preparatı Bakı vaxtilə saat 16: 00-da xüsusən fəal olur. Məhz günün həmin çağında bu dərmanı qəbul edən adamda diqqət pozğunluğu, yuxululuq, bulanıq görmə və s. başlayır. Bu proses tam 22 dəqiqə davam edir. Bax, həmin müddət ərzində ölkə və xalq üçün strateji cəhətdən vacib olan hər hansı bir sənədi imzalamaq mümkündür...


Eyni zamanda "Migra" dərmanını da misal çəkmək olar. Onun vasitəsilə dövlət və hökumət strukturlarının hər hansı bir şöbəsinin heyətini normal məcradan çıxarmaq və onun üzvlərini münaqişə və qarşıdurma halına gətirmək olar (Baxın: General Uotsonun agent Hansen haqqında xüsusi qeydləri, Sənədlər. Vaşinqton, 2007).


(Davamı var)


Təqdim etdi: Sultan Laçın


Açar sözlər
Sultan Laçın , Arkadi Karapetyan , Ermənistanın Milli Təhlükəsizlik Xidməti , Mdb , Mərkəzi Kəşfiyyat Idarəsi , Azərbaycan Respublikası Nazirlər Kabineti , Vaşinqton , Azərbaycan Respublikası , Rusiya , Bakı , Azərbaycan
Siyasət xəbərləri
Moderator.az digər xəbərlər