Köçəryan müxalifətə qoşulur – Həbsdən müsahibə


Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Köçəryan ölkədə yeni siyasətçilərin və müxalifət partiyasının meydana çıxmaq üzrə olduğunu, bunun “güclü siyasi qüvvəyə” çevriləcəyini və özünün də bu müxalifətə qoşulmaq niyyətini bəyan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Agentliyin “Bu müxalifətin işində özünüz də iştirak edəcəksinizmi” sualına cavab olaraq R.Köçəryan “Bəli, əlbəttə”, – deyə cavab verib.

Onun sözlərinə görə, ötən il baş verən kütləvi etiraz aksiyaları cəmiyyətdə yığılıb qalmış narazılıq və dəyişiklik istəyi səbəbindən baş verib: “Mən bunu inqilab adlandırmadım, ona görə ki, ölkədə böyük ölçüdə heç nə dəyişməyib. Yalnız cəmiyyətdə aqressiyanın dərəcəsinin, ölkə rəhbərliyində populizm və diletantlığın artması istisnadır”.

Fevral ayında Xüsusi İstintaq Xidməti “Köçəryan işi” üzrə istintaqın başa çatdığını bəyan edib. R.Köçəryan ölkənin “konstitusiya quruluşunu zorla dəyişdirmək” maddəsi üzrə ittiham edilir. Eks-prezident həmçinin, xüsusilə böyük məbləğdə rüşvət almaqda təqsirli bilinir. R.Köçəryan bu ittihamları quraşdırılmış siyasi təqib hesab edir.


Siyasət xəbərləri
Teleqraf.com digər xəbərlər