Köçkünlərin əvvəlki yataqxanasında yanğın olub

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 700 m² olan birmərtəbəli, taxta konstruksiyalardan ibarət evlərin (əvvəllər məcburi köçkünlərin məskunlaşdığı, hazırda yaşayış olmayan) yanar konstruksiyaları 250 m² sahədə yanıb.
Moderator.az FHN-in saytına istinadən xəbər verir ki, evlərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Açar sözlər
Sumqayıt