Komandalarımızın Gürcüstan hazırlığı - VİDEO

Komandalarımızın Gürcüstan hazırlığı - VİDEO

Voleybol üzrə yığma komandalarımız avrokuboklara hazırlığı Gürcüstanda davam etdirir.

Gümüş Avropa liqasına hazırlaşan Fərid Cəlalovun yetirmələri sözü gedən ölkənin əsas komandası ilə yoxlama oyunu keçirib.

4 setə qədər davam etmiş hazırlıq matçı voleybolçularımızın quru hesablı zəfəri ilə yekunlaşıb.

Famil Ağayevin rəhbərliyi altında qızıl avropa liqasına hazırlaşan zəriflərimiz isə gürcü həmcinslərini üstələyiblər.

3-1. Famil Ağayevin sərəncamında olan milli üzvləri əsasən gənclərdir.

Toplanışın gedişatı ərzində legioner həyatı yaşayan voleybolçular da düşərgəyə qoşulacaq.

Yeri gəlmişkən voleybol federasiyasının rəhbərliyi, məşqçilər heyəti və yığma üzvləri Tiflisdə Ümumilli lider Heydər Əliyevin xatirəsini yad ediblər.

Rəsmilər və idmançılar Gürcüstan paytaxtında yerləşən Heydər Əliyev adına parkı ziyarət edərək, ümumilli liderin abidəsi önünə əklil qoyublar.

Qeyd edək ki, komandalarımızın Gürcüstan toplanışı mayın 11-də yekunlaşacaq.

Bundan 4 gün sonra Gürcüstan voleybolçuları Bakıya səfər edəcək.

Qonşu ölkənin komandaları paytaxtımızda 4 gün qalacaq. Həmin müddətdə 2 ölkənin yığmaları arasında bir neçə yoxlama matçının keçirilməsi planlaşdırılır.

İdman xəbərləri
Realtv.az digər xəbərlər