Komitə sədri: “Aqrar sığorta haqında”qanun 17 il ərzində işləmədi”

Komitə sədri: “Aqrar sığorta haqında”qanun 17 il ərzində işləmədi”

"Aqrar sığorta haqında"qanun 2002-ci ildə qəbul olunsa da, çox təəssüf ki, 17 il ərzində işləmədi. Biz yerlərdə, rayonlarda, kəndlərdə olarkən, insanlarla görüşərkən hamı bu yöndə yeni bir sənədin qəbulu ilə maraqlanırdı. Fermerlər, kənd təsərrüfatı işçiləri sığorta məsələsinin vacibliyini bir daha dilə gətiridilər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədr müavini, professor Eldar Quliyev "Aqrar sığorta haqqında" qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib. O, bildirib ki, artıq bu yöndə yeni qanun layihəsinin hazırlanması və müzakirəsi aqrar sektorun işçilərini, sahibkarları, fermerləri sevindirəcək: "Bu, onların sığorta ilə bağlı problemlərinin həllinə öz müsbət təsirini göstərəcək".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

İqtisadiyyat xəbərləri
Olaylar.az digər xəbərlər