Komitə sədrinin görüş vaxtı dəyişdirildi

Komitə sədrinin görüş vaxtı dəyişdirildi

Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyinin vətəndaş qəbulu vaxtı 25 may tarixinə keçirilib. Komitədən "Olaylar"a bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 25 may 2019-cu il tarixində Şəki rayonunda həmin rayonun sakinlərini fərdi qaydada qəbul edəcək. Komitə sədri tərəfindən qəbul saat 10:00-da Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Həmin gün Komitənin sədr müavinləri Rafiq Cəlilov Qax rayonunda, Rüstəm Şahbazov isə Zaqatala rayonunda vətəndaşlarla görüşəcəklər. Komitə sədrinin müavinlərinin qəbulu saat 10:00-da müvafiq olaraq Qax və Zaqatala şəhərlərində yerləşən Heydər Əliyev Mərkəzlərində keçiriləcək.

Qəbul zamanı komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaqdır.Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

İqtisadiyyat xəbərləri
Olaylar.az digər xəbərlər