Komitə sədrinin qəbul vaxtı dəyişdirildi

Komitə sədrinin qəbul vaxtı dəyişdirildi

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin Qazax rayonunda təxirə salınan qəbulu aprelin 29-na keçirilib. Komitədən "Olaylar"a bildirilib ki, qəbul aprelin 29-da saat 11:00-da Qazax şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.Qəbul zamanı bölgədə yerləşən - Qazax, Tovuz, Ağstafa rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək. Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu:(012) 404-22-00), Qərb Ərazi Baş Gömrük İdarəsinin Tovuz gömrük postu (əlaqə telefonu:(022) 315-63-02) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

İqtisadiyyat xəbərləri
Olaylar.az digər xəbərlər