Kommunal xidmətlər artacaq? AÇIQLAMA

Kommunal xidmətlər artacaq? AÇIQLAMA

Kommunal xidmətlərdə yaxın müddətdə heç bir bahalaşma halı qeydiyyata alınmayacaq. Bu barədə SİA-ya açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin katibi Abbas Əliyev məlumat verib.

Abbas Əliyev bildirib ki, bu barədə Tarif Şurasına heç bir müraciət daxil olunmayıb.

Bununla bağlı "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cabbarlı və "Azərişıq" ASC-nın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də məlumat verərək bildirib ki, gündəmdə qiymət artımı ilə bağlı heç bir informasiya yoxdur.

Tanrıverdi Mustafayev bildirib ki, paylayıcı şəbəkə olaraq "Azərişıq"ın bu məsələyə aidiyyatı yoxdur.

Qeyd edək ki, iqtisadçı Samir Əliyev açıqlamasında bildirib ki, gələn ilin büdcə sənədində nəzərdə tutulduğu kimi xidmət sferasında müəyyən qiymət artımı nəzərə çarpa və bu özünü daha çox kommunal sektor yaxud nəqliyyat sektorunda göstərə bilər. Yəni bu sahələrdə qiymət artımı müşahidə edilə bilər.

İqtisadiyyat xəbərləri
Sia.az digər xəbərlər