Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

Əsranur · 13 Dekabr 2018 10:1860

Daşın insan kimi hər cürəsinə,Heykəl adı verib alqışladılar.Böyük bir insanın xatirəsinə,Belə bir hədiyyə bağışladılar.O biri dünyada qocalan adam,Sağ olsa nə deyər büstünə baxıb?Görəsən heykəli ucalan adam,Xəcalət çəkərmi üstünə baxıb?Gecəsi sərindi, gündüzü soyuq,Ömrünü, gününü qış elədilər.Nə qəlbi buzuydu, nə özü soyuq,O boyda insanı daş elədilər.Daşın da üstünə daş atmayım ki,Yəqin daş olmağın mənası çoxdu.Gərək o qədər də alçaltmayım ki,İnsan var daş qədər çəkisi yoxdu.Yox amma daş kimi olmasın insan,Axı bu qiymətə nə ad verim mən.Daş olub bir yerdə qalmasın insan,Qoy ona qol verim, qanad verim mən.Ayağı qandallı, əlləri bağlı,Bir bağın içində saxlamasınlar.İnsanı şəhərin ən təmtəraqlı,Hansısa yerinə bağlamasınlar.Nə verə bilər ki, kiminsə yerin,Daşlaşar heykəli olunca insan.Öləndən sonra da azadlıq verin,Uçsun arzusunun dalınca insan.Bu şeri yazanda hardasa bəlkə,Bir usta bir heykəl şəkli çəkirdi.İnsanın daşlığı insana ləkə,Daşın insanlığı gözəl fikirdi!..

Mədəniyyət xəbərləri
Milli.az digər xəbərlər