Konstitusiya Məhkəməsi sədri və hakimlərinin maaşları artırılır

Konstitusiya Məhkəməsi sədri və hakimlərinin maaşları artırılır
14:25 18 Mart 2019
Konstitusiya Məhkəməsinin hakimlərinin sosial müdafiəsi gücləndirilir.
Femida.az xəbər verir ki, bununla bağlı “Konstitusiya Məhkəməsi haqqında” qanunun 71-ci ( Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 2 bəndi yeni redaksiyada verilib: “Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına bərabərdir.
Hazırki bənd isə belədir: “Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2335 manatdır”.
Qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə də dəyişiklik olunub. Əlavəyə əsasən, Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.
Dəyişiklik layihəsi parlamentin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Milli Məclis sədrinin əmək haqqı 2475 manatdır.
Femida.az
Oxunub: 711
Oxşar xəbərlər
- Konstitusiya Məhkəməsi hakimlərinin maaşı artırılıb
- Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
- Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
- Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv edib
- Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv etdi
- Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib
- Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib
- Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
- Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
- Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar verdi