Konte: “İtaliya Sərracı və Xaftarı deyil, Liviya xalqını müdafiə edir”

Konte: “İtaliya Sərracı və Xaftarı deyil, Liviya xalqını müdafiə edir”

İtaliyanın Baş naziri Cüzeppe Konte bəyan edib ki, Çin Xalq Respublikasında keçirilən “İpək Yolu” sammitində Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə qısa söhbət edib.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, Konte şənbə günü Putinlə keçirəcəyi görüşdə Liviya münaqişəsini müzakirə etmək niyyətindədir.

Baş nazirin sözlərinə görə, İtaliya bu münaqişədə bu böhranda iştirak edən hər hansı tərəfi deyil, yalnız Liviya xalqını dəstəkləyir.

Konte deyib: “Biz hesab ediriki ki, hərbi yol etibarlı deyil. İtaliya Sərracı və ya Xaftarı deyil, yalnız çox əziyyət çəkən və yaşamaq haqqı olan Liviya xalqını müdafiə edir”.

Qeyd edək ki, Liviya Milli Ordusunun (LMO) komandanı marşal Xəlifə Xaftar aprelin 4-də öz qüvvələrinə “Tripoliyə hücum” əmrini verib. Xaftar ordusu Liviyanın paytaxtından cənubda yerləşən Qaryan və Surman şəhərlərində hakimiyyəti ələ keçirib.

Həmçinin bildirək ki, 2011-ci ildə Liviya lideri Muammər Qəddafi devrilərək qətlə yetirildikdən sonra bu ölkə hərbi-siyasi böhran burulğanından yaxa qurtara bilmir. Hal-hazırda ölkədə ikihakimiyyətlilik hökm sürür.

Ölkənin şərqində xalq parlamenti, qərbində və mərkəzdə isə Fəyyaz Sərracın milli barışıq hökuməti fəaliyyət göstərir.

Siyasət xəbərləri
Sia.az digər xəbərlər