Koreyalı səfir: Azərbaycan Gimnastika Federasiyası çox gözəl işləyir ((FOTO)


Bakı. Cani Babayeva - Trend:

Azərbaycan Gimnastika Federasiyası çox gözəl işləyir.

Bunu Trend-ə Cənubi Koreyanın Azərbaycandakı səfiri Kim Tonq-op deyib.

O bir neçə həftə əvvəl də Gimnastika Arenasında olduğunu deyib:

“İkinci dəfədir ki, mən bu arenaya gəlirəm. Ümid edirəm ki, komandamız yaxşı nəticə göstərəcək. Azərbaycan Gimnastika Federasiyası çox gözəl işləyir. Onlar bizi dəvət ediblər, biz də bu yarışlardan zövq alırıq. Fikrimcə, bu tədbir çox gözəl təşkil olunub”.

Səfir bundan başqa qeyd edib ki, Azərbaycanla Cənubi Koreya arasında ikitərəfli münasibətlər yaxşı inkişaf edir.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışına start verilib. Üç gün davam edəcək turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

İdman xəbərləri
Trend.az digər xəbərlər