“Kredaqro”nun xalis mənfəəti kəskin azalıb

“Kredaqro”nun xalis mənfəəti kəskin azalıb

“Kredaqro” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 223 min manat xalis mənfəətlə başa vurub.

Təşkilatın maliyyə hesabatına görə, bu, 2017-ci ilə nisbətən 75,9% azdır.

XƏRCLƏRİ GƏLİRLƏRİNİ ÜSTƏLƏYİB, EHTİYATLARIN AZAD OLMASI HESABINA MƏNFƏƏTƏ ÇIXIB

Ötən il “Kredaqro”nun cəmi gəlirləri 3 milyon 407 min manat, o cümlədən faiz gəlirləri 963 min manat, qeyri-faiz gəlirləri 2 milyon 444 min manat; cəmi xərcləri 4 milyon 513 min manat, o cümlədən faiz xərcləri 117 min manat, qeyri-faiz xərcləri 4 milyon 396 min manat; depozit və kredit itkiləri üzrə yaradılmış ehtiyatlardan azadolma 1 milyon 330 min manat, mənfəət vergisi ödəmələri isə 0,001 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə “Kredaqro”nun aktivləri 7 milyon 989 min manat olub ki, bu da illik müqayisədə 0,3% çoxdur. Bunun 4 milyon 140 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 12,5% kiçilib.

Hesabat dövründə “Kredaqro”nun öhdəlikləri 0,9% azalaraq 6 milyon 675 min manata düşüb, balans kapitalı isə 6,7% artaraq 1 milyon 314 min manata çatıb.

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

© Renkinq

İqtisadiyyat xəbərləri
Marja.az digər xəbərlər