KTN-in nümayəndələri 7-ci Baltik Aqro Forumuna qatılıblar

KTN-in nümayəndələri 7-ci Baltik Aqro Forumuna qatılıblar

Estoniyanın Tartu şəhərində bu ölkənin Kənd Təsərrüfatı Nazirliyi və Sosial Elmlər Universitetinin təşkilatçılığı ilə 7-ci Baltik Agroforumu keçirilib. KTN-dən "Olaylar"a verilən məlumata görə, 15-ə yaxın ölkənin müvafiq dövlət qurumları, kənd təsərrüfatı məhsulları istehsalçıları, BMT-nin Ərzaq və Kənd təsərrüfatı təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndələrinin iştirak etdiyi Forumda ölkəmizi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Namiq Məmmədov, Aqrar Xidmətlər Agentliyinin sektor müdiri Bəhlul Salmanov və Dövlət Aqrar Ticarət Şirkətinin şöbə müdiri Röyal Şirinov təmsil edib. Aqroforumun bu ilki əsas mövzusu ərzaq təhlükəsizliyi, aqro ekologiya və orqanik məhsul istehsalının inkişaf etdirilməsi istiqamətində müxtəlif təcrübələrin araşdırılması olub.

İqtisadiyyat xəbərləri
Olaylar.az digər xəbərlər