KTN-nin nümayəndələri Baltik Baltik Aqro Forumunda iştirak edir (FOTOLAR)

KTN-nin nümayəndələri Baltik Baltik Aqro Forumunda iştirak edir (FOTOLAR)

Estoniyanın Tartu şəhərində bu ölkənin Kənd Təsərrüfatı Nazirliyi və Sosial Elmlər Universitetinin təşkilatçılığı ilə 7-ci Baltik Aqro Forumu keçirilib.


Qaynarinfo xəbər verir ki, 15-ə yaxın ölkənin müvafiq dövlət qurumları, kənd təsərrüfatı məhsulları istehsalçıları, BMT-nin Ərzaq və Kənd təsərrüfatı təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndələrinin iştirak etdiyi Forumda ölkəmizi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Namiq Məmmədov, Aqrar Xidmətlər Agentliyinin sektor müdiri Bəhlul Salmanov və Dövlət Aqrar Ticarət Şirkətinin şöbə müdiri Röyal Şirinov təmsil edib.


Aqroforumun bu ilki əsas mövzusu ərzaq təhlükəsizliyi, aqro ekologiya və orqanik məhsul istehsalının inkişaf etdirilməsi istiqamətində müxtəlif təcrübələrin araşdırılması olub. Bu mövzunun Davamlı İnkişaf Məqsədlərinə də uyğun olması və bu sahədə müxtəlif ölkələrin təcrübələrinin nəzərə alınması, orqanik məhsul istehsalının elmi və iqtisadi əhəmiyyətinin düzgün araşdırılmasının əhəmiyyəti barədə Forumda müxtəlif təqdimatlar edilib.

Forum iştirakçıları aqro ekoloji prinsiplərin tətbiq edilməsi, orqanik kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində elmi tədqiqat işlərinin dərinləşdirilməsi, fermerlərin maarifləndirilməsi istiqamətində işlərin intensivləşdirilməsi, ətraf mühitin mühafizəsi ilə əlaqədar dövlət səviyyəsində əsaslı siyasətin formalaşdırılmasının əhəmiyyətini qeyd ediblər.


Aqroforumda ailə təsərrüfatlarının inkişaf etdirilməsi və onların təbii resurslarının istifadəsi və qorunması istiqamətində maarifləndirilməsinin və bilik mübadiləsinin təşkil edilməsi, bu sahədə tədqiqatların aparılmasının gücləndirilməsi və onun nəticələrinin təsərrüfatlarda sürətlə tətbiqinin stimullaşdırılması, orqanik məhsulların istehsalı və onların satışının təşviqi yollarının axtarıb tapılması və s. mövzularda müzakirələr aparılıb.


Daha sonra Forum iştirakçıları təşkil edilən Kənd təsərrüfatı sərgisinə də baş çəkiblər.

İqtisadiyyat xəbərləri
7news.az digər xəbərlər
Problemli kreditlərlə bağlı statistika: 31 mindən çox şəxs kompensasiya alıb

Problemli kreditlərlə bağlı statistika: 31 mindən çox şəxs kompensasiya alıb

25-04-2019 16:37 - 7news.az - İqtisadiyyat

"Azərpoçt” MMC son üç gündə problemli kreditlərlə bağlı kompensasiya alan vətəndaşların sayını açıqlayıb.
Verilənməlumata görə, bu müddət ərzində 31 min 336 nəfər 500 manatdan aşağı kompensasiyası olan vətəndaş ona düşən məbləği nağd olaraq alıb.
Bildirilib ki, Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların müştəriləri aprel ayının 22-dən "Azərpoçt” MMC-nin respublika üzrə 1497 şöbəsindən kompensasiyalarını ala bilirlər.
Qeyd edilib ki, Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların müştəriləri üç gündə 8 milyon 444 min 073 manat 71 qəpik vəsaiti nağd formada əldə edib.
May ayının 1-dən etibarən isə kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb, nağdlaşdıra biləcəklər.
"Azərpoçt” MMC Bakı ərazisində və bölgələrdə kompensasiyanı kartlar vasitəsilə respublika üzrə 77 şöbəsində təqdim edəcək.
Paytaxt Bakı istisna olmaqla, respublika ərazisində Sumqayıt, Gəncə, Tovuz, Qazax, Yevlax, Ağdam, Masallı, Cəlilabad, Şəmkir ərazisinə düşən kart sayı 1000-dən yuxarı, digər bölgələrdə isə 1000-dən aşağıdır.
Qeyd edək ki, yalnız Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların problemli kredit sahibləri "Azərpoçt” MMC-yə müraciət etməlidirlər.
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunan siyahıya əsasən "Azərpoçt” MMC-nin icra edəcəyi əməliyyat 121 minə yaxın vətəndaşa şamil olunacaq.
“Bakcell” “Formula-1” SOCAR Azərbaycan Qran-Prisi 2019 yarışına hazırdır

“Bakcell” “Formula-1” SOCAR Azərbaycan Qran-Prisi 2019 yarışına hazırdır

25-04-2019 16:06 - 7news.az - İKT
Həmçinin şirkət yarış müddətində trek ətrafında yerləşən ictimai məkanlarda öz məhsullarını Azərbaycan Qran-Prisinin tamaşaçılarına təqdim edəcək.
Bundan əlavə, "Bakcell” özünün sosial media səhifələrində abunəçilər üçün xüsusi müsabiqələr keçirib və qaliblərə "Formula-1” yarışına və bu yarış çərçivəsində keçirilən əyləncə tədbirlərinə 150-dən çox bilet hədiyyə edib.
Yarış həftəsonu ərzində mobil rabitə xidmətlərinə artan tələbatı nəzərə alaraq "Formula-1” SOCAR Azərbaycan Qran-Prisi 2019 yarışının ilk rəsmi dəstəkçisi olan "Bakcell” şirkəti Bakının mərkəzində, xüsusilə yarışların keçiriləcəyi ərazilərdə 2G, 3G və 4G şəbəkələrinin tutumunu maksimal dərəcədə optimallaşdırıb.
Bakı və Abşeron ərazisində saniyədə 225 meqabitə qədər mobil internet sürətini təmin edən və ən müasir texnoloji tələblərə cavab verən LTE-A şəbəkəsi tam hazırlıq vəziyyətə gətirilib, yarış zamanı mobil xidmətlərin istifadəsində (səs və məlumat ötürülməsi) yaranacaq iri həcmli trafik tələblərini qarşılamaq üçün isə dənizkənarı bulvar ərazisində 7 ədəd müasir mobil baza stansiyası quraşdırılıb.
Bundan əlavə, xüsusi təyin edilmiş personal tərəfindən yarış ərazisində 24 saat ərzində şəbəkəyə və digər texniki məsələlərə nəzarət aparılacaq.