Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Salyan RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında Çadırlı kənd sakini, əvvəllər məhkum olunmuş T.Həmzəyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 8 ədəd çətənə kolu, habelə gizlətdiyi 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Moderator.az -a verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nərimankənd kənd sakini Ə.Soltanovun evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilən 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Açar sözlər
Daxili Işlər Nazirliyi , Sabirabad , Salyan , Çadır
Hadisə xəbərləri
Moderator.az digər xəbərlər