Külli miqdarda xarici valyutanın gömrük nəzarətindən gizlin keçirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan gömrükçüləri külli miqdarda xarici valyutanın gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizlətməklə keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Rusiya istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun nəzarət zonasına daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi “Toyota Camry” markalı avtomobilə baxış keçirilib. Baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində olan karton qutudakı şüşə bankaların arasına yerləşdirilən düyü çantasının içərisində gömrük nəzarətinə bəyan olunmayan 3 milyon Rusiya rublu aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Açar sözlər
Dövlət Gömrük Komitəsi
, Baş Gömrük Idarəsi
, Azərbaycan
, Bakı
, Rusiya