Kürdə suyun səviyyəsi artıb

Kürdə suyun səviyyəsi artıb

Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  "Yeni Sabah"a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan az olmaqla normanın 60, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay  və Zəyəmçay çaylarında  sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 50-100, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla  150-250  faizini təşkil edir. 

Tranzit çaylarda faktiki vəziyyət

Bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 325 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 46 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 275 m3/s olmaqla, ongünlük normadan az olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 35 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 159 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 89 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 105 m3/s təşkil etməklə ongünlük normadan az olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 4 sm azalaraq 608 sm təşkil edib. Bu rəqəm 2018-ci il aprelin 26-da isə 401 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 22 sm artaraq 397 sm qeydə alınıb. 2018-ci il aprelin 26-da isə bu rəqəm 276 sm təşkil edib. Salyanda suyun səviyyəsi 15 sm artıb və 389 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 203 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 9 sm artaraq 309 sm olub və bu göstərici 2018-ci il aprelin 26-da 185 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 sm azalaraq 350 sm müşahidə olunub. Bu rəqəm  2018-ci il aprelin 26-da isə 99 sm təşkil edib.

Yenisabah.az
İqtisadiyyat xəbərləri
Yenisabah.az digər xəbərlər
Deputatlar Minskə gedir

Deputatlar Minskə gedir

26-04-2019 21:17 - Yenisabah.az - Siyasət
Milli Məclisinin deputatları – ATƏT Parlament Assambleyasının (ATƏT PA) vitse-prezidenti, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyev və ölkəmizin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Tahir Mirkişili aprelin 28-dən 30-dək Belarusun Minsk şəhərində keçiriləcək İpək Yoluna Dəstək Qrupunun ikinci beynəlxalq konfransında iştirak edəcəklər. "Yeni Sabah" xəbər verir ki, Belarus Parlamentinin və ATƏT PA-nın birgə təşkilatçılığı ilə keçiriləcək və “Bir kəmər, bir yol: davamlı inkişaf və tərəqqi üçün əməkdaşlığın dərinləşdirilməsi” mövzusuna həsr edilən konfransda İpək Yoluna Dəstək Qrupuna üzv olan dövlətlərin və digər ATƏT PA ölkələrinin parlament, hökumət və özəl sektor təmsilçiləri, eləcə də beynəlxalq təşkilatların, Belarusdakı diplomatik korpusun və ATƏT regionunda həyata keçirilən beynəlxalq infrastruktur layihələrinin yüksək vəzifəli nümayəndələrinin iştirakı nəzərdə tutulub. Konfransda “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsi iqtisadi artım və iştirakçı dövlətlərin investisiya cəlbediciliyinin gücləndirilməsinə təsir edən amil kimi: mövcud problemlər və inkişaf yolları”; “Beynəlxalq infrastruktur layihələrinin həyata keçirilməsi – “Bir kəmər, bir yol” təşəbbüsünün uğuru üçün əsaslar” və “İştirakçı dövlətlərin humanitar sahədə əməkdaşlığının və turist cəlbediciliyinin artırılması üçün “Bir kəmər, bir yol” təşəbbüsünün potensialından istifadə” mövzularında panel iclasları keçiriləcək.