Kürdəmirdə yanğın bir ailənin 5 üzvü yaralandı

Kürdəmirdə yanğın   bir ailənin 5 üzvü yaralandı

Kürdəmir rayonunun Cənub Məhəlləsində yerləşən fərdi yaşayış evlərindən birində yanğın hadisəsi baş verib.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, yerli sakin Eminov Elman Səfa oğluna məxsus evin yanması nəticəsində 3-ü azyaşlı olmaqla, bir ailənin 5 üzvü - İmişli rayon sakinləri - 1988-ci il təvəllüdlü Əsədov Anar Binyət oğlu, 1985-ci il təvəllüdlü Hüseynova Qəndab Adışirin qızı, 2011-ci il təvəllüdlü Əsədova İlahə Anar qızı, 2015-ci il təvəllüdlü Əsədova Günay Anar qızı, 2017-ci il təvəllüdlü Əsədov Binyət Anar oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətləri ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndəriliblər. Hadisəyə ilkin səbəb kimi televizorun partlaması bildirilir.

Faktla bağlı araşdırma aparılır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Əsədov Anar , Əsədova Ilahə , Eminov Elman , Hüseynova Qəndab , Kürdəmir Rayon Mərkəzi Xəstəxanası , Bakı Xəbərləri Class , Kürdəmir Xəbərləri Class , Bakı , Imişli , Kürdəmir , C3 Bcrd C9 99Mir Rayonunun Cənub Məhəlləsi , Xəsarət
Hadisə xəbərləri
Metbuat.az digər xəbərlər