Küt alətlə döyülən Cəlilabad sakini xəstəxanaya yerləşdirilib

Küt alətlə döyülən Cəlilabad sakini xəstəxanaya yerləşdirilib

Cəlilabadda 47 yaşlı kişini küt alətlə döyüblər.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Hasıllı kənd sakini, 1972-ci il təvəllüdlü İslam Həsənov küt alətlə döyülməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkmiş Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Hadisə xəbərləri
Faktor.az digər xəbərlər