Lavrov və Zərif Azərbaycan-Rusiya-İran sammitinə hazırlıqları müzakirə edib

Lavrov və Zərif Azərbaycan-Rusiya-İran sammitinə hazırlıqları müzakirə edib

Bu ilin avqust ayında Moskvada keçirilməsi planlaşdırılan üçtərəfli Azərbaycan-Rusiya-İran sammitinə hazırlıq məsələsi müzakirə olunub.


"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskvada iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.


S.Lavrov görüş zamanı həmçinin regiondakı - Cənubi Qafqazdakı və Xəzər dənizi ətrafındakı vəziyyəti müzakirə etdiklərini qeyd edib.


Daha əvvəl Azərbaycan XİN Azərbaycan, İran və Rusiya dövlət başçılarının növbəti sammitinin avqustun 14-də keçiriləcəyini açıqlayıb.

Siyasət xəbərləri
Hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq

Hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq

08-05-2019 16:45 - Faktor.az - Siyasət

Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.

Müdafiə Nazirliyindən verilən məlumata görə, orkestrlər şəhərin müəyyən edilmiş 6 yerində çıxış edəcək:
 
- Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);
- Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;
- Zərifə Əliyeva parkında;
- Zabitlər parkında;
- Yasamal parkında (Lider TV yaxınlığında)
- Fəvvarələr meydanında.

Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da saat 12.00-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının həyətində (Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin 34 ünvanda) qonaqlar üçün səhra əsgər mətbəxi açılacaq, Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi, eləcə də hərbi orkestrin ifasında konsert proqramı təqdim ediləcək.

Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Ağdam, Tərtər, Beyləqan, Lənkəran, Qusar və Xırdalan, şəhərlərində də mayın 9-u Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.
Moderator.az digər xəbərlər