“Legion” HVK və Sabunçu Gənclər Evinin “Gənc Əsgər” layihəsi başa çatıb – FOTOLAR

“Legion” HVK və Sabunçu Gənclər Evinin “Gənc Əsgər” layihəsi başa çatıb – FOTOLAR
Ordu.az xəbər verir ki, tədbridə Müdafiə Nazirliyinin nümayəndələri, şəhid anaları, qazilər, jurnalistlər və ziyallılar iştirak ediblər.

Qeyd edək ki, “Gənc Əsgər” layihəsi 1 mart 2019 cu il tarixindən etibarən iki ay müddətində planlaşdırılıb. Bu müddət ərzində kursantlar (25 nəfər) Müdafiə Nazirliyinin Heydər Əliyev adına Ali Hərbi Məktəbində, Təlim Tədris Mərkəzində təlimlərə qatılıblar. Bundan əlavə Müdafiə Nazirliyinin Hərb Tarixi muzeyində olub, Qarabağ müharibəsi iştirakçıları ilə görüşüblər.

Kursantlar XTQ-nin hərbi qulluqçuları tərəfindən keçilən təlimlərdə də iştirak ediblər. Bundan əlavə onlara ilkin tibbi yardım, ekstremal şəraitlərdə yaşama, fövqəladə hallarda əhalinin köməyinə çatma kimi təlimlər də keçilib.

“Legion” HVK komandası ilk öncə Azərbaycan Müdafiə naziri cənab general-polkovnik Zakir Həsənova, Nazirliyin bu layihədə bütün əməyi keçmiş zabitlərinə, təlim prossesinə qatılan qazilərimizə və bütün iştirakçılara minnətdarlığını bildirir.

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər