“Ləkə yaxılmasını istəmirəm” - 61 yaşlı müğənni ərə gedir

Türkiyənin məşhur müğənnisi Zərrin Özər özündən yaşca kiçik sevgilisi ilə yaxın zamanda nikah masasına əyləşəcək.
61 yaşlı sənətçi sadə gəlinlik geyinəcəyini açıqlayıb.
"Kanal D"yə toyu barədə danışan Zərrin Özər sevgilisi ilə hər kəsdən gizli nişanlandıqlarını bildirib: "Münasibətimiz çox yaxşı davam edir. O da, mən də çölə çıxmağı xoşlamırıq. Dedi-qodulara görə çox görünmək istəmirəm. Həqiqi bir şey yaşayırıq, ləkə yaxılmasını istəmirəm".
O, yaş fərqinə önəm vermədiklərini söyləyib.
teleqraf