Leninin Bakı ilə bağlı şok yazışması üzə çıxdı + FOTOLAR

Leninin Bakı ilə bağlı şok yazışması üzə çıxdı + FOTOLAR

Leninin Bakı ilə bağlı şok yazışması üzə çıxdı + FOTOLAR

14:31 03 May 2018

Beynəlxalq terrora qarşı Strateji Araşdırmalar Mərkəzinin direktoru, politoloq Rövşən Vəlizadə arxivlərdə araşdırma apararkən V.İ.Leninin naməlum bir şəxslə yazışmasını üzə çıxarıb.


Femida.az xəbər verir ki, onun AZƏRTAC-a təqdim etdiyi arxiv sənədini “Bakı haqqında ölüm hökmü” adlandırmaq olar.
Yüz il əvvələ - Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənəddən belə məlum olur ki, bolşeviklərin lideri ermənilərlə əlbir olub Bakının neft mədənlərini yandırmaq planı hazırlayıbmış.

Həmin yazışmanı olduğu kimi təqdim edirik:

Şəxsiyyəti müəyyən edilməyənlə yazışma

5 iyun, 1918-ci il
Şəxsiyyəti müəyyən edilməyənin qeydi
Məsələ təcilidir – Ter-Qabrielyan gözləyir, onu isə qatar gözləyir.

V.İ.Leninin qeydi

Necə? O hələ getməyib?
Mən artıq ona bir vəsiqə imzaladım.
Siz Terə bir daha çatdıra bilərsinizmi ki, o, hücum vaxtı Bakının tamamilə yandırılması üçün hər şeyi hazırlasın?!

Fond 2, siyahı 1, qovluq 27142 - avtoqraflar

S.M.Ter-Qabrielyan təyin edilən gün getmədi, çünki Dövlət Bankından pulu ala bilməmişdi. 1918-ci il iyunun 5-də Xalq Təsərrüfatı Ali Sovetinin sədri A.İ.Rıkov bu barədə Xalq Komissarları Sovetində məlumat verdi və qərar layihəsini təqdim etdi:
“Səhər saat 10-dan gec olmayaraq Dövlət Bankının Moskva İdarəsinə göndərilsin” (Rusiya Ən Yeni Tarixin Sənədlərinin Mühafizəsi və Öyrənilməsi Mərkəzi (РЦХИДНИ), fond 19, siyahı 1, qovluq 132, vərəq 5). Beləliklə, Ter-Qabrielyan pulu yalnız iyunun 6-da səhər ala bilər və sonra Moskvadan çıxa bilərdi. V.İ.Lenin növbəti qərarı imzaladı:
“Xalq Komissarları Soveti qərara aldı: Dövlət Bankının Moskva Kontoruna Ter-Qabrielyana nağd olaraq 50 milyon (50 000 000) rubl verilməsi tapşırılsın, onun iyirmi beş milyonu (25 000 000) 250 rubldan az olmayan xırda əskinaslarla verilsin. Bu məbləğ Xalq Təsərrüfatı Ali Sovetinin yanacaq şöbəsinin hesabına aid edilsin.



5 iyun 1918-ci il

Xalq Komissarları Sovetinin sədri V.Ulyanov (Lenin)”
(Rusiya Ən Yeni Tarixin Sənədlərinin Mühafizəsi və Öyrənilməsi Mərkəzi, fond 2, siyahı 1, qovluq 6212).





Ter-Qabrielyana belə bir vəsiqə verildi: “Onu təqdim edənlərə - Xalq Təsərrüfatı Ali Soveti yanında Baş Neft Komitəsinin üzvü Saak Mirzoyeviç Ter-Qabrielyan və Mərkəzi Hərbi-Texniki İdarənin komissarı Aleksandr Aleksandroviç Kvyatkovski neft və onun məhsullarının su və dəmir yolu nəqliyyatı ilə Bakı, Qroznı, Yekaterinodar, Novorossiysk şəhərlərindən və Embinsk rayonundan Xalq Təsərrüfatı Ali Soveti yanında Baş Neft Komitəsinin və onun nefti yerlərdə bölüşdürən agentlərinin müəyyən etdiyi yerlərə göndərilməsini təşkil etmək və işə rəhbərlik etmək üçün Rusiya Sovet Federativ Respublikası Xalq Komissarları Soveti tərəfindən səlahiyyətləndirilib.
Bu nəzərə alınaraq, sovet orqanlarına və sərəncamında qüvvə və vasitələr olan idarələrin üzərinə Ter-Qabrielyanın və Kvyatkovskinin onlara verəcəyi tapşırıqları icra etmək, bu şəxslərə tam və hərtərəfli kömək göstərmək, maye yanacağın təyinat yerinə dərhal çatdırılması ilə bağlı məsələlərdə onların göstərişlərini rəhbər tutmaq öhdəliyi qoyulur”.

Xalq Komissarları Sovetinin sədri V.Ulyanov (Lenin)
Yollar üzrə xalq komissarı P.Kobozev
Baş Neft Komitəsinin sədri N.Solovyov,
Xalq Komissarları Sovetinin işlər müdiri Vlad. Bonç-Bruyeviç
Katib N.Qorbunov
(Rusiya Ən Yeni Tarixin Sənədlərinin Mühafizəsi və Öyrənilməsi Mərkəzi,fond 2, siyahı 1, qovluq 6192).
Görünür, V.İ.Lenin neft mədənlərini yandırmaq niyyəti barədə elanın ingilislərin və türklərin Bakının işğalından imtina etməsinə gətirib çıxaracağına ümid bəsləyirdi. Lakin bunlar baş verdi: iyulun 25-də menşevik, eser, müsavatçı və daşnakların təzyiqi ilə Bakı Soveti ingilis qoşunlarının dəstlərini Bakıya dəvət etmək barədə qərar qəbul etdi. İyulun 31-də Bakıda sovet hakimiyyəti süqut etdi, avqustun 4-də ingilis dəstələri şəhəri işğal etdilər.





R.Vəlizadənin şərhi: aparılan tədqiqatlara görə, 1918-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın hökumət və dövlət strukturlarında, dini qurumlarında 18 min 470 erməni işləyirdi. Həmin vaxt respublikada separatizmlə məşğul olan 100-dən çox erməni-millətçi və terrorçu təşkilatları fəaliyyət göstərirdi.

Təkcə Bakıda irili-xırdalı 49 erməni təşkilatı vardı. Bakı Dövlət Universitetində akademik A.Ağayan, Pedaqoji İnstitutda professor O.Dalanyan, Neft-kimya İnstitutunda Arturyan, Xarici Dillər Universitetində Mamalyan, Politexnik İnstitutunda Paraqyan və s. “Qncaq” və “Krunk” kimi separatçı təşkilatlara başçılıq edirdilər. Maraqlısı bu idi ki, hər bir təşkilat bolşevik Rusiyası ilə açıq əlaqə saxlayırdı.
Sovet Rusiyasının təhlükəsizlik orqanlarında bilavasitə erməni qruplarını ideoloji və maliyyə cəhətdən silahlandırmaq üçün 100-dək yeni iş yeri açılmışdı. Azərbaycana qarşı, sözün əsl mənasında, genetik bir müharibə başlanmışdı.
Ölkədə fevral-mart aylarında doğum evlərində baş verən kütləvi zəhərlənmə nəticəsində bir gündə 68 uşaq tələf olmuşdu. Amma bununla bağlı nə mətbuat yazır, nə də hüquq-mühafizə orqanlarına adi bir şikayət belə edilmirdi.
Həmin vaxt ermənilərin daha bir məkrli planını - V.İ.Leninin əli ilə neft Bakısını yandırmaq niyyətini təsdiqləyən sənəd indi qarşımızdadır. Uzun müddət gizli saxlanılan və məxfi qovluqlarda qorunan, yüz illik tarixi olan bu sənəd Bakıya qarşı yönəlmiş erməni-bolşevik terroru barədə danılmaz sübutlardan biridir.
O vaxt Xalq Komissarlar Sovetinin sədri V.Ulyanovun (V.İ.Leninin) himayəsi ilə Bakının neft mədənlərini yandırmaq planı icra olunmalı idi. Bu missiya Rusiyanın Neft Komitəsi adlandırılan qondarma bir quruma başçılıq edən, Moskvada böyük nüfuz sahibi olan adamların yanında öz “əxlaqi dəyərləri ilə” seçilən Saak Mirzoyeviç Ter-Qabrielyan və onun 14 nəfərlik terrorçu dəstəsinə həvalə edilmişdi.
Göründüyü kimi, bu qorxunc planın qarşısı tarixin qəfil dönüşü sayəsində alındı.

Femida.az

Açar sözlər:#Lenin #Rusiya #Azərbaycan #Bakı #Məktub

Oxunub: 10349


Açar sözlər
Aleksandr Aleksandrov , Rövşən Vəlizadə , Bakı Dövlət Universiteti , Xarici Dillər Universiteti , Dövlət Bankının Moskva Idarəsi , Baş Neft Komitəsi , Dövlət Bankının Moskva Kontoru , Rusiyanın Neft Komitəsi , Azərbaycan , Bakı , Qarabağ , Moskva , Rusiya , Novorossiysk , Qroznı
Siyasət xəbərləri
AZAL və “Buta Airways”in reyslərinin cədvəlinə dəyişiklik edilib

AZAL və “Buta Airways”in reyslərinin cədvəlinə dəyişiklik edilib

26-04-2019 11:59 - Open.az - Siyasət
29 may (yerli vaxt göstərilmişdir, "+" növbəti gündəki vaxtı işarə edir): Reysin nömrəsi Marşrut Bakıdan uçuş Təyinat məntəqəsinə gəliş Təyinat məntəqəsindən uçuş Bakıya gəliş J2-003/004 Bakı-Ankara-Bakı 20:00 21:30 22:30 01:50+ J2-011/012 Bakı-Dubay-Bakı 04:50 07:45 10:10 13:10 J2-026 Antalya-Bakı 16:00 19:50 J2-076 İstanbul (IST)-Bakı 16:30 20:15 J2-9683/9684 Kiyev (IEV)-Bakı (Buta Airways) 16:10 20:30 J2-9575/9576 Bakı-Kazan- Bakı (Buta Airways) 20:00 21:50 22:50 02:50+ J2-9717/9718 Bakı-Mineralnıye Vodı-Bakı (Buta Airways) 21:00 21:40 22:40 01:05+ J2-809/810 Bakı-Moskva (VKO)-Bakı Reyslər ləğv edilmişdir J2-079/080 Bakı - İstanbul-Bakı Reyslər ləğv edilmişdir J2-852/851 Bakı- Moskva (DME)- Bakı Reyslər ləğv edilmişdir J2-255 Bakı-Naxçıvan Reys ləğv edilmişdir J2-254 Naxçıvan- Bakı Reys ləğv edilmişdir 30 may (yerli vaxt göstərilmişdir): Reysin nömrəsi Marşrut Bakıdan uçuş Təyinat məntəqəsinə gəliş Təyinat məntəqəsindən uçuş Bakıya gəliş J2-011/012 Bakı-Dubay-Bakı 12:40 15:35 16:45 19:45 J2-827 Bakı-Moskva (VKO) 02:45 05:00 J2-852/851 Bakı- Moskva (DME)- Bakı 11:40 13:50 14:50 18:40 J2-9111/9112 Bakı-Alanya-Bakı (Buta Airways) 12:30 14:30 15:30 19:20 J2-9685/9686 Bakı-Odessa-Bakı (Buta Airways) 12:15 14:40 15:40 19:40 J2-239 Bakı–Gəncə Reys mayın 29-na keçirilmişdir uçuş: 08:00, eniş: 09:00 J2-021/322 Bakı –Təl-Əviv –Bakı Reyslər ləğv edilmişdir J2-075/076 Bakı – İstanbul (IST)-Bakı Reyslər ləğv edilmişdir J2-9103/9104 Bakı – İstanbul (SAW)-Bakı(Buta Airways) Reyslər ləğv edilmişdir J2-9223/9224 Bakı-Tbilisi-Bakı (Buta Airways) Reyslər ləğv edilmişdir J2-9017/9018 Bakı -Tehran - Bakı (Buta Airways) Reyslər ləğv edilmişdir J2-251 Bakı-Naxçıvan Reys ləğv edilmişdir J2-258 Naxçıvan-Bakı Reys ləğv edilmişdir Qeyd edək ki, yuxarıda sadalanan reyslərin sərnişinləri aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin prosedurasına uyğun olaraq məlumatlandırılacaqlar.
İlham Əliyev Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda iştirak edir

İlham Əliyev Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda iştirak edir

26-04-2019 09:50 - Xeberle.com - Siyasət
O, "Bir kəmər, bir yol” layihəsinin həm də ölkələr arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığı da əhatə etdiyini vurğulayıb.
Çin lideri iqtisadi, ticari, maliyyə və digər sahələrdə xüsusi əhəmiyyəti ilə seçilən bu təşəbbüsün qədim İpək Yolu üzərində yeni dəyərlərin formalaşmasına da dəstək göstərdiyini, qloballaşmanın iqtisadiyyata mənfi təsirlərini azaltdığını, bu layihənin beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də milli gəlirlərin artmasına, regional inkişafa ciddi təkan verdiyini bildirib.
Həmin layihənin həyatın bütün sahələrinə, xüsusilə də sosial məsələlərə inkişaf baxımından ciddi təsir göstərdiyini deyən Çinin dövlət başçısı mədəni-humanitar əlaqələrin genişlənməsində də yeni mərhələnin başlandığını vurğulayıb.
Sonra Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev, Misir Prezidenti Əbdülfəttah Sisi, Malayziyanın Baş naziri Mahathir Mohammad, Pakistanın Baş naziri İmran Xan, BMT-nin Baş katibi Antonio Quterreş "Bir kəmər, bir yol” təşəbbüsünün əhəmiyyətindən danışıblar.
Onlar bəşəriyyəti narahat edən məsələlərə diqqət çəkdilər, mövcud problemlərin həllində və dünya iqtisadiyyatının dinamik inkişafında bu layihənin böyük rol oynadığını bildirdilər.
Femida.az digər xəbərlər
Məhkəmə-hüquq sistemində islahatlar dərinləşdirilir - Fərman

Məhkəmə-hüquq sistemində islahatlar dərinləşdirilir - Fərman

26-04-2019 15:10 - Femida.az - Siyasət
Ali Məhkəməyə və Məhkəmə-Hüquq Şurasına tövsiyə edilir və Ədliyyə Nazirliyinə tapşırılır ki, aşağıdakı məsələlərə dair normativ hüquqi aktların layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etsinlər:- sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması;- məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi;- hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması;- hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması;- məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi;- məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun müəyyən hissəsinin məhkəmə aparatları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilməsi;- məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsi;- mülki işlər, habelə inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, məhkəmə prosesi tərəflərinin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi.