Lənkəran və ətraf rayonların əhalisinin diqqətinə: Pulsuz hüquqi yardım

Lənkəran və ətraf rayonların əhalisinin diqqətinə:  Pulsuz hüquqi yardım

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilmişdir.


Qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 11 may 2019-cu il tarixdə, Bakı şəhəri 2 saylı Vəkil Bürosu tərəfindən Lənkəran şəhər Mədəniyyət Mərkəzinin binasında, saat 10:00-13:00-da ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulmuşdur.


Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcəkdir.


Siyasət xəbərləri
"Rusiya XİN Ermənistanda nasistlərin qəhrəmanlaşdırılmasına artıq göz yuma bilməz" - Kuznetsov

"Rusiya XİN Ermənistanda nasistlərin qəhrəmanlaşdırılmasına artıq göz yuma bilməz" - Kuznetsov

08-05-2019 16:59 - Ordu.az - Siyasət
Faktiki olaraq bu hesabatla Kreml Köçəryanı və Sarkisyanı Ermənistan daxilində parçalanmağa məhkum etməklə Paşinyana ölkəsini nasistlərdən azad etməsi vəzifəsini yüngülləşdirməyə və bu yaxınlarda Almaniyaya rəsmi səfəri zamanı öz ölkədəsindəki daxili siyasi vəziyyəti 1946-cı ildə Nürnberqdə nasist cinayətkarları üzərində Beynəlxalq Hərbi Tribunalda məhkəmə iclaslarının getdiyi zaman Almaniyadakı vəziyyətlə müqayisə etməyə imkan verdi.


Mən baş verənlər fonunda öz rolumu vurğulamaq istəmirəm, lakin mənə anlamaq xoşdur ki, son bir ildəki əməyim Azərbaycan mətbuatının, siyasətçilərinin və diplomatlarının sayəsində hədər getmədi, ümumi kollektiv səylərimizlə ən yüksək səviyyəli Kreml kabinetlərinə səsimizi çatdıra bildik ki, Njde - nasist cinayətkardır.

Moskva bu faktı bir gecədə tanıya bilməzdi, çünki bundan sonra ona xaşagəlməyən belə bir sual səslənə bilər: bu barədə məlumatınız olduğu halda, niyə görə susurdunuz və səssizcə Ermənistanı nasistləşməkdə dəstəkləyirdiniz? Təbii ki, bu gün Rusiyanın siyasi elitasında kimsə belə bir sual yaranmasını istəmir, buna görə də Rusiya Xarici İşlər Nazirliyi belə bir axımlı yumşaq formula seçib, guya Njde ilə bağlı "nasistlərlə əməkdaşlığı barədə məlumatlar mövcuddur".
Moderator.az digər xəbərlər