Lənkəranda maşın piyadanı vurub, sürücü qaçıb

Lənkəranda maşın piyadanı vurub, sürücü qaçıb

Lənkəranda piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, hadisə şəhərin Şəhidlər Xiyabanı küçəsində baş verib.

57 yaşlı Gəncəbanu Rzayeva yolu keçmək istəyərkən naməlum şəxsin idarə etdiyi avtomobil tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Hadisə xəbərləri
Milli.az digər xəbərlər