Lənkəranda Qələbə Günü qeyd olunub

Lənkəranda Qələbə Günü qeyd olunub

Lənkəran şəhərində alman faşizmi üzərində Qələbənin 74-cü ildönümü qeyd olunub.

Bu münasibətlə Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, arxa cəbhə iştirakçıları Heydər Əliyev Xatirə Parkındakı “Naməlum Əsgər” abidəsini ziyarət edib önünə tər çiçəklər düzərək ikinci Dünya müharibəsində həlak olmuş lənkəranlıların xatirəsini ehtiramla yad ediblər. Tədbir Qələbə ruhlu mahnıların sədaları altında iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun adını daşıyan Xatirə Parkında davam etdirilib.

T.Qaraşov abidə önündə müharibə veteranları, arxa cəbhə iştirakçıları və onların ailə üzvləri ilə görüşərək bir daha şəraitləri ilə maraqlanıb.

Həmin gün əfsanəvi sərkərdə Həzi Aslanovun ev-muzeyinin yaranmasının 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Daha sonra şəhərin mərkəzində yerləşən “Boranı” restoranında Qələbə günü münasibətilə müharibə veteranları, arxa cəbhə iştirakçıları üçün bayram süfrəsi açılıb.

Rayonun müharibə veteranları və arxa cəbhə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə rayon məktəblilərinin və bədii özfəaliyyət kollektivlərinin ifasında vətənpərvərlik mövzularında şeirlər və mahnılar səsləndirilib.

Siyasət xəbərləri
Faktor.az digər xəbərlər
Yol nişanlarını oğurlayan MMC rəhbəri tutuldu

Yol nişanlarını oğurlayan MMC rəhbəri tutuldu

09-05-2019 17:55 - Faktor.az - Hadisə

Aprel ayının 28-nə keçən gecə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun hər iki istiqamətində quraşdırılmış yol nişanlarının oğurlanması barədə Baş Dövlət Yol Polisi İdarəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Faktor.az-a verilən məlumata görə, məlumatla əlaqədar aparılmış araşdırmalarla qeyd olunan avtomobil yolunun 26-101-ci kilometrliyində - Şamaxı və əks istiqamətlərdə nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, habelə yol hərəkəti iştirakçılarını məlumatlandırmaq məqsədilə quraşdırılmış 59 ədəd yol nişanları və göstəricilərinin gizli yolla talandığı məlum olub.
 
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş İstintaq və Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, Yol Nişan MMC-nin direktoru Şamxal Qurbanov tanışları Bəxtiyar Umudov, Elşad Mənəfov və Elgün Salahovla qabaqcadan əlbir olaraq aprelin 27-dən 28-nə keçən gecə sözügedən magistral yolun qeyd olunan hissəsində quraşdırılmış yol nişanları və göstəricilərini oğurlayaraq “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə ümumilikdə 6,4 min manata yaxın maddi ziyan vurublar.

Mayın 8-də adları çəkilən şəxslər polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub, oğurlanmış yol nişanları və göstəricilər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.