Lənkəranda quduz it 9 nəfəri dişləyib

Lənkəranda quduz it 9 nəfəri dişləyib

Xəsarət alanlardan 1-i qadın 8 nəfəri kişidir

Rahim Zakiroğlu, Sputnik Azərbaycan.

BAKI, 25 aprel - Sputnik. Lənkəran rayonu Liman şəhərinin müxtəlif yerlərində və Balıqçılar qəsəbəsində 9 nəfəri it dişləyib.

Sputnik Azərbaycan-ın müxbirinin əldə etdiyi məlumata görə, xəsarət alanların hamısı eyni itin hücumuna məruz qalıb. İt dişləyənlərdən 1 nəfəri qadın, 8 nəfəri kişidir.

Şahidlərin sözünə görə, it qarşısına keçənlərin hamısına hücum edib. Bu səbəbdən də itin quduz olduğu ehtimal edilir.

Balıqçılar qəsəbəsində it 1957-ci il təvəllüdlü Nailə Abdulhəsən qızı İsmayılovaya hücum edib. Liman şəhərində isə 1955-ci il təvəllüdlü Şakir Hüseynov, 1994-cü il təvəllüdlü İsa Aslanlı, 1999-cu il təvəllüdlü Tural Kazımlı, 1974-cü il təvəllüdlü Tahir Muradov, 1959-cu il təvəllüdlü Meysəm Ələkbərov, 1988-ci il təvəllüdlü Zahid Həbibov, 2000-ci il təvəllüdlü Əlifağa Məmmədov, 1990-cı il təvəllüdlü Abbasov Anar it hücumuna məruz qalıblar.

İt dişləməsi nəticəsində xəsarət alanlar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstələrdən 8 nəfərinə ilkin tibbi yardım göstərilərək ambulator müayinəyə buraxılıblar. Bir nəfərin isə xəsarəti yüngül olduğundan nəzarətdə saxlanılıb və səhər saatlarında müayinə ediləcək. Onların hamısına quduzluğa qarşı vaksin vurulacaq.

Açar sözlər
Şakir Hüseynov , Isa Aslanlı , Tural Kazımlı , Zahid Həbibov , Tahir Muradov , Meysəm Ələkbərov , Nailə Abdulhəsən , Mərkəzi Rayon Xəstəxanası , Azərbaycan , Lənkəran , Xəsarət
Hadisə xəbərləri
Sputnik.az digər xəbərlər