Lənkəranda quduzlaşmış itlər 9 nəfəri dişləyib — Fotolar+Video

Lənkəranda quduzlaşmış itlər 9 nəfəri dişləyib — Fotolar+Video

Lənkəranda quduzlaşmış itlər sakinlərə hücum edib.

“Qafqazinfo”nun "Report"a istinadən verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Liman şəhərində baş verib.

Bildirilir ki, 9 nəfər it dişləməsi diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Belə ki, 1999-cu il təvəllüdlü Kazımlı Tural Sadiq oğlu, 1974-cü il təvəllüdlü Muradov Tahir Vəlihəd oğlu, 1959-cu il təvəllüdlü Əkbərov Meysəm Ağakərim oğlu, habelə Həbibov Zahid Fərhad oğlu (1988), İsmayılova Nailə Abdulhəsən qızı (1957), Hüseynov Şakir Cənnət oğlu (1955), Aslanlı İsa Rövşən oğlu (1994), Məmmədov Əlifağa Ələkbər oğlu (2000) it dişləməsi diaqnozu ilə xəstəxanaya gətiriliblər.

Daha bir nəfər isə ambulator yardımdan sonra evə buraxılıb.

***

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, it hücumuna məruz qalan şəxslərə lazımi tibbi yardım göstərilib: “Hazırda vəziyyətləri yaxşıdır. Hamısına quduzluq əleyhinə zərdab vurulub. Yaraları müayinə olunub və sarğı qoyulub. Tibbi müdaxilə tamamlananlar evə buraxılır”.

Açar sözlər
Ismayılova Nailə , Muradov Tahir , Həbibov Zahid , Kazımlı Tural , Hüseynov Şakir , Aslanlı Isa , Əkbərov Mey , Lənkəran Rayon Mərkəzi Xəstəxanası , Səhiyyə Nazirliyi , Lənkəran
Hadisə xəbərləri
Qafqazinfo.az digər xəbərlər