LEONARDO: “Azərbaycanla danışıqlar davam edir”

LEONARDO: “Azərbaycanla danışıqlar davam edir”

Bu barədə

Ordu.az-a açıqlamasında IDEF 2019 Müdafiə Sənayesi sərgisində iştirak edən Leonardo şirkətinin müdafiə sistemləri departamentinin rəsmisi məlumat verib.

“Digər departamentlərdə də Azərbaycanla əlaqələrin və danışıqların davam etdiyindən xəbərdaram”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, şirkət sərgidə hava və dəniz təhlükəsizliyi üçün yeni texnologiyalar, T129 helikopteri kimi mülki və hərbi layihələr, havadan müdafiə radarları, müdafiə sistemləri və “Göktürk” peyk proqramını nümayiş etdirir. İlk dəfə İDEF-də sərgilənən “Grifo-E” elektron radarı şirkətlər tərəfindən böyük maraqla qarşılanıb. Leonardo-nun sərgidə ən çox maraq göstərilən məhsulu isə orta/ağır çəkili AW139 çoxfunksiyalı helikopteri olub.

Qeyd edək ki, şirkətin illik gəliri 11,5 milyon avrodan çoxdur və bütün dünyada ümumilikdə 46 mindən çox işçisi var. Şirkətin əsas ofisləri isə İtaliya, Böyük Britaniya, ABŞ və Polşada yerləşir.

Sevinc Əliyeva, İstanbul

İKT xəbərləri
Ordu.az digər xəbərlər