LinkedIn ən yaxşı 50 işverən şirkəti açıqladı

 LinkedIn ən yaxşı 50 işverən şirkəti açıqladı

Biznes üçün sosial şəbəkə olanLinkedIn2019-cu ildə işləmək üçün ABŞ-da ən populyar şirkətlərinsiyahısınıdərc edib.

Xeberler.az bildirir ki, 2017-ci ildən başlayaraq hər il dərc edilən bu siyahıya işçiləri üçün ən yaxşı iş şəraiti və yüksək əmək haqqı təklif edən 50 şirkət daxil edilir.

Reytinq üzrə ilk 10 yeri tutan şirkətlər:

  1. Alphabet (Google, YouTube, Nets)
  2. Facebook
  3. Amazon
  4. Salesforce
  5. Deloitte
  6. Uber
  7. Apple
  8. Airbnb
  9. Oracle
  10. Dell Technologies.

Reytinq ABŞ, Avstraliya, Braziliya, Çin, Yaponiya, Kanada, Fransa, Almaniya, Hindistan və Böyük Britaniyadan olan 564 milyondan çox LinkedIn istifadəçilərinin üstün tutduqları karyeraların təhlillərinə əsaslanır. Siyahı tərtib olunarkən şirkətlər tərəfindən verilən vakansiyaya olan tələbat, baxışların sayı və göndərilən CV-lərin sayı da nəzərə alınıb. Ümumilkdə analiz zamanı məlum olub ki,vakansiya üzrə axtarış zamanı yüksək maaşla yanaşı iş axtaranları işə götürən şirkət tərəfindən təklif edilən əlavə imkanlar – tibbi sığorta, mənzil ilə təmin olunma, korporativ təlim və s. cəlb edir.

Siyahı üzrə Cisco 12-ci, Tesla 16-cı, Bank of America 18-ci, Goldman Sachs 21-ci, PwC 30-cu, Ernst & Yung 33-cü, Coinbase 35-ci, Twitter 36-cı, İntel Corporation 37-ci, JP Morgan 44-cü, Nike 45-ci pillədə yer alıb.

Maraqlı fakt odur ki, kriptovalyuta birjası olanCoinbasesiyahıda 35-ci yeri tutaraq ABŞ-ın maliyyə qiqantı olanJP Morgan-nı 9 pillə geridə qoyub.

İKT xəbərləri
Xeberler.az digər xəbərlər