Livan MN: İsrail Livanın hava limanını və ya hər hansı strateji obyektini vurarsa...

Livan MN:  İsrail Livanın hava limanını və ya hər hansı strateji obyektini vurarsa...
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Livan Müdafiə naziri Elias Bousab İsraillə baş verəcək müharibə ehtimalını dəyərləndirərkən bildirib.

O qeyd edib ki, əgər İsrail rejimi Livanı vurarsa, biz də onlara qarşılıq verəcəyik.

"Əgər İsrail Livanın hava limanını və ya hər hansı strateji obyektini vurarsa, bizdə onların hava limanını vuracağıq. Mən düşünmürəm ki, İsrail Livanla müharibəyə hazır ola. Qüvvələrin tarazlığı dəyişib. Buna görə də düşünmürəm ki, müharibə baş versin", - deyə Bousab vurğulayıb.

Ağalar Ağalarlı

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər