Liviyadan gözlənilən axına hazır olmalıyıq - İtaliya

Liviyadan gözlənilən axına hazır olmalıyıq - İtaliya

Son günlər Liviyadan böyük və qəfil miqrant axınlarının baş verəcəyini nəzərə alaraq, tədbirlərin görülməsinə hazırlıqla bağlı Avropa Komissiyasına müraciət etmişəm.

Axar.az xəbər verir ki, bu sözləri ölkənin Xarici İşlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Qassan Salame ilə görüşündən sonra mətbuata açıqlamasında deyib.

İtaliyalı nazir qeyd edib ki, Şimal Afrika ölkəsində hərbi əməliyyatların güclənəcəyi təqdirdə minlərlə miqrantın Liviyadan İtaliyaya gələcəyi ilə bağlı bir sıra ehtimallar var.

Siyasət xəbərləri
Axar.az digər xəbərlər