“Lockheed” GPS-3 quru sisteminin sınağına başlayıb

“Lockheed” GPS-3 quru sisteminin sınağına başlayıb
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə firmanın mətbuat katibi Conathon Kalduel bildirib.

Onun sözlərinə görə, kompaniya sistemlərin sınaqlarını mayda yekunlaşdıraraq ABŞ Hərbi Hava Qüvvələrinə çatdırmağı planlaşdırır. ABŞ HHQ-nin peyki bu ilin yayında orbitə göndərməsi gözlənilir.

“Biz artıq yeni sistemin texniki və proqram təminatı göstəricilərinə əhəmiyyətli yeniliklər etmişik. Eyni zamanda onun kibertəhlükəsizliyi də artırılıb”, - deyə sözçü əlavə edib.

Ağalar Ağalarlı

İKT xəbərləri
Ordu.az digər xəbərlər
Nə baş verir?| Mübariz QİO, Satqın “Alman planı” və Fürsətçillər

Nə baş verir?| Mübariz QİO, Satqın “Alman planı” və Fürsətçillər

26-04-2019 15:25 - Ordu.az - Siyasət
500 piyada, 70 süvari, 3 zirehli avtomobil Maştağanın cənubundan Buzovnaya gedən yolla hərəkət etmək istədilər, lakin Maştağa dəstəsi və Ləzgi süvari alayı tərəfindən geri atıldılar.579 Hələ iyulun axırlarında Şollar su xətti türk-Azərbaycan döyüşçülərinin nəzarətinə keçsə də, insanpərvərliklə seçilən türk-müsəlman komandanlığı şəhər əhalisinin əziyyətlərini nəzərə alaraq su xəttinə toxunmadı. 

Sentyabrın 10-da QİO komandanı Bakıya hücum əmrini imzaladı; Şərq Cəbhəsi komandanlığı və Şimal qrupu ləğv edilir; hazırlıq işləri 11 sentyabr saat 21-də tamamlanır; Şərq cəbhəsi kimi tanınan qüvvələr (5-ci, 15-ci firqələr, Cənub qrupu) birbaşa QİO komandanına tabe edilir; qoşunların tərkibi - 5-ci firqə: 9-cu, 10-cu, 13-cü, 56-cı piyada alayları, dağ qaubitsa batareyası, 13 rus səhra topu, 4 rus dağ topu, 2 ədəd 105 mm-lik səhra qaubitsası, 3 Qüdrətli dağ batareyası (10 top), 2 Şnayder topu, 6 Şnayder dağ topu; 15-ci firqə: 38-ci, 107-ci piyada alayları, 2-ci mürəttəb süvari alayı, Azərbaycan süvari alayları, Dikaya diviziya (Tatar süvari alayı nəzərdə tutulur) və milis (könüllülər) taborları, 105 mm-lik səhra qaubitsa, 2 rus Şnayder dağ, qüdrətli dağ batareyaları, 4 Krupp dağ topu, Krupp dağ taqımı; Cənub qrupu: 4-cü Azərbaycan piyada alayının 1-ci və 2-ci taborları, iki süvari bölüyü, süvari Azərbaycan bölüyü, iki Krupp dağ, iki rus səhra topu; 106-cı piyada alayının iki taboru Hökməlinin cənubunda ehtiyat saxlanılacaq, bir tabor 5-ci firqəyə veriləcək; 5-ci firqə sağ cinahı ilə Hacı Həsən-Ermənikənd istiqamətində irəliləyəcək, Heybət stansiyasından, dəniz sahili və Qurd qapısınadək olan ərazini tutacaq, mümkün olarsa, təpəni zəbt edəcək; 15-ci firqə Biləcərinin şərqindən sağ cinahı istiqamətində hücum edəcək.
Azərbaycanlıların Osmanlı Türkiyəsinə yardımı - Çanaqqala zəfəri

Azərbaycanlıların Osmanlı Türkiyəsinə yardımı - Çanaqqala zəfəri

26-04-2019 15:25 - Ordu.az - Siyasət

“Azərbaycanlıların Çanaqqala döyüşlərində iştirakı və Birinci Dünya müharibəsində Osmanlı ordusunda vuruşan azərbaycanlılar” mövzusu ilə bağlı Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində və Genelkurmay Askeri Tarix və Strateji Etüd Arxivində apardığımız uzunmüddətli tədqiqatların yekunlarına görə, Birinci Dünya müharibəsi illərində könüllü olaraq Osmanlı ordusuna qatılan və Antantaya qarşı vuruşan, şəhid düşən və ya qazi olan azərbaycanlıları amallarına görə iki qrupa bölə bilərik:


1) Bütün İslam dünyasının xəlifəsi olan Osmanlı sultanının cihad çağırışına müsbət yanaşıb sidqi-ürəklə cihada qatılanlar;
2) Antanta ölkələrinin işğalı altında olan vətənlərini müstəmləkə rejimindən azad etmək üçün Osmanlı dövlətindən yardım uman və ona güvənən aydınlar.

“Azərbaycanlıların Çanaqqala döyüşlərində iştirakı” problemini öyrənmək üçün Başbakanlıq Osmanlı Arxivində olan bütün Çanaqqala dosyaları (təxminən 1200 portfel), ATASE arxivində Çanaqqala döyüşləri və bütövlükdə Birinci Dünya müharibəsi ilə bağlı bütün kataloqlar, Milli Savunma Bakanlığı Arxivinin 330.000 şəhidin adının yer aldığı “Şəhid Təsbit Projesi” tamamilə, 1914-cü ildən bəri bu günə qədər Türkiyədə nəşr olunan bütün qəzet və jurnallar, eyni zamanda 1914-cü ildən indiyə qədər Çanaqqala və bötövlükdə Birinci Dünya müharibəsi ilə bağlı türk dilində dərc olunan bütün elmi nəşriyyat tərəfimizdən araşdırıldı.