Lukas Moura: "Karyeramın ən yaxşı anını yaşayıram"

Lukas Moura: "Karyeramın ən yaxşı anını yaşayıram"

"Tottenhem”i bu gecə "Ayaks”a vurduğu 3 qolla Çempionlar Liqasının finalına çıxaran Lukas Moura açıqlama verib.

O, Amsterdamdakı 3:2 hesablı möhtəşəm geri dönüşün ardından braziliyalı yarımmüdafiəçi UEFA-nın rəsmi saytına bunları deyib:

"Nə hiss etdiyimi izah etmək mümkün deyil. Çox xoşbəxtəm, komanda yoldaşlarımla qürur duyuram. "Tottenhem”də əsı komanda ruhu var. Biz bunun mümkünlüyünə inanırdıq. Bir ailəyik, hədəflərə doğru birlikdə,inana-inana irəliləməyi bacarırıq. Futbol bizə ağlagəlməz duyğular bəxş edir. Dillə demək çətindi... Mənə baxın, hazırda karyeramın ən yaxşı anını yaşayıram”.

Fanat.Az

İdman xəbərləri
Xezerxeber.az digər xəbərlər