Lukaşenko Rusiyadakı parada getmədi


Lukaşenko Rusiyadakı parada getmədi

Belarus prezidenti Aleksandr Lukaşenko 9 May - Qələbə Günü münasibətilə Moskvada keçirilən hərbi paradda iştirak etməməsinin səbəbini açıqlayıb.

Cebhe.info-nun məlumatına görə, Lukaşenko onu Rusiyaya heç kimin dəvət etmədiyini deyib.

Lukaşenko həmçinin bildirib ki, Minskdə də hərbi parad təşkil olunduğundan bu iki tədbiri bölüşdürmək çətin olardı:

"9 may yeganə Qələbə bayramıdır. Rusların onu Vladivostokdan Moskvaya qədər öz şəhərlərində bayram etdiyi kimi, belaruslar öz respublikasında bayram edir".

Qeyd edək ki, Moskvada keçirilən hərbi parada Rusiya prezidenti Vladimir Putinin dəvətilə yalnız Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev qatılıb.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 56