Maduro çevriliş müəllifinin adını çəkdi: "Bacarmadılar..." - Dialoq başlayır


"Heç şübhəsiz, Venesuelada çevriliş təşəbbüsü Ağ Evdə Con Bolton tərəfindən idarə olunurdu".

Teleqraf.com xəbər verir ki, bu sözləri Venesuela lideri Nikolas Maduro 1 May əməkçilərin həmrəylik günü münasibətilə təşkil olunan aksiyada deyib.

Nikolas Maduro ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun adını Donald Trampla yanaşı çəkib: "Ötən gün Avropa qəzetlərindən biri Donald Tramp və Con Boltonun gün çıxmamış hərbi iniqlabın bütün əməliyyatlarını koordinə etdiklərini yazırdı".

O, daha bir çevriliş cəhdinin boşa çıxdığını bəyan edib: "Komandir Çavezi (1999-2013-cü illərdə Venesuelanın prezidenti - red.) devirə bilmədilər, bizi də devirmədilər və bundan sonra da bunu bacarmayacaqlar. Venesuelada dövlət başçısı olmağın yeganə yolu seçkini udmaqdır".

Maduro çevriliş planının necə hazırlandığı barədə təfərrüatları açıqlayacağını da bildirib.

Bununla belə, Nikolas Maduro çıxışında Milli İslahat Planı hazırladığını da söyləyib: "Ölkəni daha da inkişaf etdirmək naminə rəy və təkliflərini almaq üçün xalıqmızı mayın 4-də və 5-də dialoq və fəaliyyət planı olan Milli İslahat Planına qatılmağa dəvət edirəm".


Siyasət xəbərləri
Teleqraf.com digər xəbərlər