Mağazadan pul oğurladı, tutuldu

Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə aprelin 23-də saat 1 radələrində Qobustan qəsəbəsi ərazisindəki mağazaların birindən 970 manat pul oğurlanması barədə müraciət daxil olub.
“Qafqazinfo”nun məlumatına görə, polis əməkdaşları hadisə yerində olub, müvafiq araşdırmalar aparıblar.
İsti izlərlə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini G.Nəbiyev saxlanılıb.
Araşdırma aparılır.
Açar sözlər
Qaradağ
, Qobustan