Magistraturaya proqram seçimi başlayır

Magistraturaya proqram seçimi başlayır

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 26-dan mayın 7-dək 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçimi elan edib.

DİM-dən ATV.az-a verilən məlumata görə, magistraturaya qəbul imtahanının ikinci mərhələsinə 24 fevralda keçirilmiş birinci mərhələnin nəticələrinə əsasən proqram seçimində iştirak etmək hüququ qazanmış və 2019-cu il aprelin 26‑dan mayın 7-dək proqram seçib təsdiq edən bakalavrlar buraxılırlar.

DİM-in Direktorlar Şurasının 12 mart 2019-cu il tarixli qərarı ilə müəyyən ixtisaslaşmalar üzrə müsabiqə vəziyyətinin yaranmasının təmin edilməsi üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsindəki nəticələri bu mərhələ üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrların imtahanın ikinci mərhələsinə buraxılmaları barədə qərar qəbul olunub. Lakin bu bakalavrlar imtahanın II mərhələsində dövlət sifarişli yerlər üçün həmin mərhələnin nəticəsinə və iki mərhələ üzrə ümumi bala qoyulan minimal tələbləri ödəsələr belə, ixtisaslaşma seçimi zamanı yalnız ödənişli əsaslarla olan ixtisaslaşmaları seçə biləcəklər.

ATV.az

Siyasət xəbərləri
Atv.az digər xəbərlər