Mahmudov ölkədən çıxardığı milyonları kimlərin adına rəsmiləşdirib? – Şok faktlar

Mahmudov ölkədən çıxardığı milyonları kimlərin adına rəsmiləşdirib? – Şok faktlar

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun ölkədən çıxardığı pulun miqdarı açıqlanıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, 2004-cü ildən Eldar Mahmudovun köməkçisi olmuş Vüqar Mahmudov 2012-ci ilin iyununda 17944 və 50139, 2013-cü ilin yanvarında 50.418 və 129.646, 2013-cü ilin fevralında 18.440, 2013-cü ilin martında 20,385, 2013-cü ilin mayında 17.718, 2013-cü ilin oktyabrında 113.969 manat və 50.085 ABŞ dollarından ibarət cəmi 423.744 ABŞ dollarını sürücüsü Nail İbrahimovun, 2012-2014-cü illər ərzində 794.316 ABŞ dolları məbləğində isə "Kaspian Kristal" MMC-in rəhbəri olan qohumu Fuad Hacıyevin vasitəsi ilə "AGBank" ASC-dən Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən ayrı-ayrı hüquqi şəxslərin xarici ölkə banklarındakı hesablarına köçürülməsini təmin edib.Vüqar Mahmudov ümumilikdə qeyri-qanuni yollarla ölkədən 1.218.060 ABŞ dollarını ölkədən çıxarıb.Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Hadisə xəbərləri
Olaylar.az digər xəbərlər