Mahmudov vəzifədə olanda dəfələrlə bu ölkələrə gedib... – Siyahı


Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov vəzifədə olduğu müddətdə bir çox ölkələrdə səfərdə olduğu üzə çıxıb.

Teleqraf.com-un xəbərinə görə, sabiq nazirin köməkçisi və MTN-də müxtəlif vəzifələr də işləmiş Vüqar Mahmudov öz səlahiyyətlərindən sui-istifadə edərək bir çox xarici ölkələrdə səfərdə olub.

Sabiq nazirin köməkçisi Vüqar Mahmudov 2004-cü ilin sentyabrın ayından etibarən dəfələrlə Almaniya Federativ Respublikasında, Türkiyə Respublikasında, Rusiya Federasiyasında, İspaniya krallığında, İsveçrə Konfederasiyasında, İtaliya Respublikasında, Fransa Respublikasında, Çex Respublikasında, İsrail Dövlətində, Birləşmiş Ərəb Əmirliklərində olub.

Vüqar Mahmudov dəfələrlə olduğu bu ölkələrə dövlət büdcəsindən ayrılan hesabına getdiyi məlum olub.

Onun ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində xidmətə qəbul edildikdən sonra vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət büdcə vəsaitlərinin mənimsənilməsi, hədə-qorxu yolu ilə tələb etmə və digər qeyri-qanuni əməllərlə sərvət toplaması müəyyən edilir.

Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.


Hadisə xəbərləri
Teleqraf.com digər xəbərlər
Növbəti imtahanların vaxtı açıqlandı

Növbəti imtahanların vaxtı açıqlandı

24-04-2019 11:52 - Teleqraf.com - Mədəniyyət
Beləliklə, Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 28-də ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları, ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları, Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və təhsil almaq istədikləri bölməyə uyğun Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları, xarici dil fənni tədris olunmayan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və elektron ərizə doldurarkən seçdikləri xarici dil fənni üzrə imtahan verən cari ilin məzunları, üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarında (XI sinif) iştirak edə bilməyən cari ilin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçiriləcək.