Mais Səfərli: “Müxalifətdaxili anormallıq davam edəcək” RƏY-ÖZƏL

Mais Səfərli: “Müxalifətdaxili anormallıq davam edəcək” RƏY-ÖZƏL

“Bu gün dağıdıcı müxalifət düşərgəsində təmsil olunan siyasi təşkilatlar bir-biridən fərqli ideologiyalara və məqsədlərə xidmət edən təşkilatlardır”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, onlar əslində bir siyasi partiya kimi təşəkkül tapmayıb: “Onların çoxu 1990-cı illərin əvvəllərində yaranan və normal fəaliyyətlə məşğul olmayan, eyni zamanda dövrün, zamanın tələblərinə uyğun partiya quruculuğu işi aparman partiyalardır. Bu partiyalar bir-birlərindən çox fərqlənirlər. Əslində bunlar ayrı-ayrı şəxslərin ətrafında toplaşmış qruplardır. Bu baxımdan onları hansısa siyasi maraqlar ətrafında birləşmiş qruplar adlandırmaq olmaz. Hər bir partiya sədri iddialıdır, çalışırlar ki, digər partiyaları özlərinə tabe etdirsinlər. Hədəfləri, niyyətləri hər zaman belə olub. Bu da qarşıdurmalara, çəkişmələrə gətirib çıxarıb. Yəni maraqları naminə fəaliyyət göstəriblər və bir-birlərini də didiblər. Hətta müxalifət təmsilçiləri arasında yaranan didişmələr böyük savaşlara gətirib çıxarıb. Ona görə də, heç vaxt bunların arasında birlik olmayıb, yaratdıqları qurumlarda az sonra parçalanıb. Səbəb də onların bir-birini qəbul etməməsi və şəxsi ambisiyalarının öndə olması ilə bağlıdır. Bu cür anormallıq davam edəcək. Çünki onlar normal siyasi islahatlar aparmırlar, üzləşdikləri uğursuzluqlarını heç vaxt müzakirə etməyiblər ki, nəyə görə, acınacaqlı vəziyyətə düçar olublar. Məhz bu cür faktlar onu deməyə əsas verir ki, müxalifətin yaratdığı bəri başdan bilinir ki, ölü doğulmuş uşaq kimi bir şeydir. Yəni cansız varlıq kimi bir şeydir, o heç vaxt canlanıb irəli getməyəcəkdir”.

GÜLYANƏ

Siyasət xəbərləri
Prezidentin sərəncamına əsasən bu şəxslərə 1000 manat veriləcək

Prezidentin sərəncamına əsasən bu şəxslərə 1000 manat veriləcək

23-04-2019 17:05 - Demokrat.az - Siyasət
Az-ın xəbərinə görə, sərəncamla 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1000 manat məbləğində, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Sərəncamın icrası məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrılıb. Sənədlə Maliyyə Nazirliyi həmin vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etmək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birdəfəlik maddi yardımın bu sərəncamda nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Demokrat.
Sia.az digər xəbərlər