Makiyajı bacarmayan, özünü cazibədar saymayan dünya gözəli - Foto


"People" jurnalı 2019-cu il üzrə dünya gözəlini seçib.

Teleqraf.com xəbər verir ki, bu, amerikalı aktrisa və prodüser Cennifer Qarnerdir.

Secimdən sonra Cennifer jurnalın xüsusi buraxılışının üz qabığına çəkilib.

Jurnala müsahibə verən aktrisa həyatı ilə bağlı maraqlı məqamları açıqlayıb.

"Gəncliyimdə özümü cazibədar hesab etmirdim. Valideynlərim də heç vaxt gözəl olduğumu söyləməyiblər. İndi də idman üslubunda geyinirəm, düzgün makiyaj etməyi bacarmıram" deyə, aktrisa bildirib.

Özünü ən çox fotosessiyalardan sonra cazibədar hesab etdiyini deyən aktrisa uşaqlarının onun makiyajlı halını sevmədiyini dilə gətirib:

"Evə gələn kimi uşaqlar üzümü təmizləyib, saçlarımı toplamağı xahiş edirlər. Bunu kompliment olaraq qəbul edirəm. Çünki, onlar məni sadəcə ana olaraq görmək istəyirlər”.

Qeyd edək ki, 3 uşaq anası olan Cennifer 2005-ci ildə aktyor Ben Affleklə evlənsə də, bu nikah 2017-ci ildə pozulub.

Cennifer "Cəsus", "Timoti Qrinin qəribə həyatı" kimi filmlərdə rol alıb.

"People" 1990-cı ildən başlayaq hər il dünyanın 50 ən gözəl qadınının siyahısını hazırlayır.

Jurnal 2018-ci ildə müğənni Pinki dünyanın ən gözəl qadını seçmişdi.


Mədəniyyət xəbərləri
Dövlət İmtahan Mərkəzi imtahanlar keçirəcək

Dövlət İmtahan Mərkəzi imtahanlar keçirəcək

24-04-2019 12:43 - Xezerxeber.az - Mədəniyyət
DİM tərəfindən 2019-cu il aprelin 28-də: – ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları; – ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları; – ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları; – Azərbaycan və rus dilləri istisna olmaqla tədrisin digər dillərdə aparılan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və təhsil almaq istədikləri bölməyə uyğun Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları; – xarici dil fənni tədris olunmayan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və elektron ərizə doldurarkən seçdikləri xarici dil fənni üzrə imtahan verən cari ilin məzunları; – üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarında (XI sinif) iştirak edə bilməyən cari ilin məzunları; – əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçiriləcək.
Teleqraf.com digər xəbərlər