Makronun xanımı Fransanın ən faydasız birinci ledisi adlandırıldı: "O, burada çox şeylər itirib"

Makronun xanımı Fransanın ən faydasız birinci ledisi adlandırıldı:  "O, burada çox şeylər itirib"

Moderator.az "Daily Mail"-ə istinadən xəbər verir ki, jurnalist Silviya Bommet Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşını "gözəl, lakin faydasız" birinci ledi adlandırıb.


Bu barədə Bommetin “Il Venait d'Avoir 17-də” kitabında danışılır. Kitabda 66 yaşlı Bricit Makronun 41 yaşlı respublika başçısı ilə sevgi macərasından bəhs edilir.


Bu əlaqə həmişə heyran qalma mövzusu olmuşdur, amma müəllifə görə, Fransanın birinci xanımı bu birlikdən çox şeylər itirib.


Bommet deyir: Bricit ona görə xoşbəxtdir ki, "hər kəslə dostluq edir", lakin Fransa tarixində ən parlaq birinci ledi sayılmır.


Kitabın müəllifinə görə, "sevimli, lakin darıxdırıcı" ərini və üç uşağını gənc prezidentlə şux, cəlbedici həyat yaşamaq naminə tərk edən bir qadın belə bir titula layiq deyil.


Xüsusilə, jurnalist Makronun homoseksualist olması barədə deyilənlərin qarşısını almaq üçün Bricitin mətbuata sevişmə səhnələrini əks etdirən şəkillərini göstərəndə tənqid olunmasını da yada salıb.


Müəllif deyir ki, Bricitin prezidenti onun siyasi arzularına uyğun hərəkət etməsinə məcbur etməsi barədə söz-söhbətin yayılmasına baxmayaraq, bu hadisədən sonra birinci ledi prezident komandası tərəfindən nəzarət olunur.

Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər