Malmödə restoranda partlayış olub

Malmödə restoranda partlayış olub

Bakı, 10 may, AZƏRTAC

İşveçin Malmö şəhərində yerləşən restoranların birində partlayış baş verib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Barometern” qəzeti yazıb.

Partlayış nəticəsində binanın pəncərələrinin şüşələri sınıb, lakin yanğın baş verməyib.

Zərər çəkmiş şəxslər barədə məlumat yoxdur.

Hadisə yerinə polis əməkdaşları və mütəxəssislər cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Hadisə xəbərləri
Azertag.az digər xəbərlər