Mamuka Baxtadze: “Gürcüstanın razılığı olmadan BTQ layihəsinə heç bir dəyişiklik edilməyəcək”

“Gürcüstanın iştirakı olmadan Bakı-Tbilisi-Qars (BTQ) layihəsinə hər hansı bir dəyişkliyin edilməsi istisna olunur”.

Dərc edilib: Bu gün, 16:04

Mamuka Baxtadze: “Gürcüstanın razılığı olmadan BTQ layihəsinə heç bir dəyişiklik edilməyəcək”

“Gürcüstanın iştirakı olmadan Bakı-Tbilisi-Qars (BTQ) layihəsinə hər hansı bir dəyişkliyin edilməsi istisna olunur”.

İnterPress.Az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Mamuka Baxtadze bu gün keçirdiyi brifinqdə Rusiyanın BTQ layihəsinə qoşulması ilə bağlı yayılmış məlumatları şərh edərkən bildirib.

Baş nazir xatırladıb ki, layihə ilə bağlı Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli saziş var: “Sənədlə müəyyən olunub ki, yalnız bu üç ölkə layihəyə hər hansı bir dəyişikliyin edilməsi ilə bağlı birgə razılıq əldə edə bilərlər. Dəyişikliyin edilməsi siyasi, hüquqi və fiziki baxımdan istisna olunur”.

M.Baxtadze qeyd edib ki, birləşdirici stansiyanın Gürcüstanda Axalkalikidə olması əhəmiyyətlidir.

Hökumət başçısı BTQ layihəsində Azərbaycan və Türkiyə ilə yanaşı Gürcüstanın da mövqeyinin vacib olduğunu bildirib. Onun sözlərinə görə, Gürcüstanın razılığı olmadan layihəyə heç bir dəyişiklik edilməyəcək.(report)

İnterPress.Az

Baxış sayı: 317

Siyasət xəbərləri
Interpress.az digər xəbərlər