Manatın məzənnəsi süni yolla tənzimlənir? - Rəsmi cavab

Manatın məzənnəsi süni yolla tənzimlənir? -  Rəsmi cavab
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. AMB rəhbəri bildirib ki, belə olsaydı, qrafikdən qabaq satış olardı.

“Mərkəzi Bank birinci rübdə 150 milyon dollardan çox valyuta vəsaiti alıb, valyuta ehtiyatları artıb. Bazardan az miqdarda valyuta almışıq. Bu, həm də bizim valyuta ehtiyatlarımızın idarə olunmasından əldə olunub. Biz bazarı intervensiya etməmişik, əksinə bazarla da münasibətlərimiz müsbətdir” -deyə E.Rüstəmov qeyd edib.

Aytən Zəhra
İqtisadiyyat xəbərləri
Azvision.az digər xəbərlər